RU

Lerik rayonu Bibiyani kəndində təlim kursu keçirilib və “Turizm gənclər icması” yaradılıb

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclərə iş, Turistlərə nəvaziş!” adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsi çərçivəsində turistik kənd olan Lerik rayonun Bibiyani kəndində 5 günlük peşəkar təlim kursu keçirilmişdir.

Bibiyani kənd icmasının, fəal gənclər qrupunun, turizm, qonaqlama və sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərin iştirakı ilə təşkil olunan və “capacity building” xarakterli təlim kursunda iştirakçılara turizm biznesi, onun idarə olunması, turizm sektorunda marketinq, qonaqlama, müştəri xidməti bacarıqları, turizm sahəsində maliyyə-vergi və hüquqi-normativ fəaliyyət, ekoturizm, ətraf mühitin qorunması və PR, sosial media və reklam işi sahəsində geniş və zəngin bilgi və məlumatlar çatdırılmış, onların bilik, bacarıq və təcrübəsi artırılmışdır.

Təlimin açılışında layihənin rəhbəri, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, layihə köməkçisi, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, layihənin təlimçi-eksperti Afiq Məlikov, Lənkəran regional Turizm İdarəsinin böyük məsləhətçisi Kərim Şəfizadə, kənd bələdiyyəsi və yerli icra nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

Təlimin 1-ci və sonuncu 5-ci günü iştirakçıların məlumatlılıq səviyyəsini qiymətləndirmək üçün pre-test və post-testlər doldurulmuş və 5 gün müddətində interktiv üsullarla kənd gənclərinin potensialının yüksəldilməsinə xidmət edən öyrətmə metodları tətbiq edilmişdir. Müxtəlif təqdimatlar, qrup tapşırıqları, rol oyunları və digər vasitələrlə iştirakçılara əhatəli informasiyalar çatdırılmışdır.

Təlimin sonunda layihənin irəliləyən və davamlılıq fəaliyyəti üçün 15 nəfər iştirakçı tərəfindən “Turizm gənclər icması” təsis olunmuş, əlaqələndiricilər seçilmiş, icmanın gələcək fəaliyyət planı müzakirə edilmişdir. İcmanın requlyar fəaliyyət göstərəcək Facebook, WhatsApp və digər sosial şəbəkə hesab, qrup və səhifələri yaradılmışdır. Təlimdə iştirakçılar dəftərxana ləvazimatları, maarifləndirici buklet, loqolu geyimlə təmin edilmiş və qiymətləndirmədən sonra sertifikatlarla təltif edilmişlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
icma.az

4Источники