İspaniya yığmasının müdafiəçisi Emerik Laportun məsələsi həll olunub.

Offsideplus.az xəbər verir ki, UEFA onun "Atletik"ə transferinə icazə verib.

O, artıq rəsmən sabiq klubuna qayıdıb.

Laport daha əvvəl 2012-18-ci illər arasında bask klubunda çıxış edib. O, burada 222 oyunda 10 qol vurmağı bacarıb.

Qeyd edək ki, "Atletik" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Tərəflər oktyabrında 22-də "San Mames"də üz-üzə gələcək.