RU

“Türk Ölkələrinin Tarixi” əsəri ilə bağlı toplantı keçirildi FOTO KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Almatıda “Türk Ölkələrinin Tarixi” Akademik Əsərinin Hazırlanmasına dair Toplantı keçirildi.

KONKRET az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, 10–11 sentyabr tarixlərində Almatıda yerləşən Əl-Fərabi adına Qazax Milli Universitetində Türk Akademiyası tərəfindən təşkil edilən və türk ölkələrinin tarixinə dair ortaq akademik əsərin hazırlanmasına həsr olunan ikinci işçi toplantısı baş tutub.

Tədbirdə Türk Akademiyasının prezidenti prof. dr. Şahin Mustafayev, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru prof. dr. Janseyit Tuymebayev, Türk Tarix Qurumunun sədri prof. dr. Yüksel Özgen, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü səfir İkram Adırbekov, həmçinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin tarix və arxeologiya institutlarının rəhbərləri, tanınmış alimlər və mütəxəssislər iştirak ediblər.

Çıxışında Türk Akademiyasının prezidenti prof. dr. Mustafayev, türk xalqlarının zəngin tarixi irsini sistemli və obyektiv şəkildə ortaya qoyacaq bu fundamental əsərin hazırlanmasında alimlərin güclərini birləşdirmələrinin vacibliyini vurğulayıb.

İşçi toplantısı zamanı iştirakçılar hazırlanacaq monoqrafiyanın strukturunu ətraflı müzakirə edib, təkliflərini bölüşüb və müəyyən fəsillər üzrə işçi qruplarının yaradılması barədə qərar qəbul ediblər. Ortaq fəaliyyətin nəticəsi olaraq, iki cildlik monoqrafiyanın məzmunu dəqiqləşdirilib və beynəlxalq işçi qruplarının təşkili qərara alınıb.

Xatırladaq ki, türk ölkələrinin ortaq tarixinin yazılması ideyası ilk dəfə 2024-cü il 6 noyabrda Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının XI Zirvəsində gündəmə gətirilmişdi. Dövlət başçılarının tapşırığı əsasında layihənin koordinasiyasını Türk Akademiyası həyata keçirir. Sözügedən layihənin ilk işçi toplantısı bu ilin fevralında Ankarada keçirilib. Toplantı nəticəsində tərəflər arasında Əməkdaşlıq Protokolu imzalanıb, əsərin ümumi planı və konsepsiyası müzakirə olunub, iki cildlik nəşrin hazırlanması barədə qərar verilib və hər bir iştirakçı ölkədən ortaq komissiyalar formalaşdırılıb.

İldırım Musayev

KONKRET az-ın Mərkəzi Asiya bürosu

İldırım Musayev

KONKRET az-ın Mərkəzi Asiya bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
konkret.az

2Источники