RU

Özbəkistana qaçırılan helikopterlər Əfqanıstana qaytarılmayacaq

BAKI, 12 sentyabr. TELEQRAF

Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstan mətbuatında Daşkəndin Kabilə 57 hərbi helikopterin geri qaytarılmasına razılıq verdiyi barədə yayılan məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun sözçüsü Axror Burxanov bildirib.

“Belə məlumatlar həqiqətə uyğun deyil. Özbəkistanın mövqeyi dəyişməz olaraq qalır və Əfqanıstan mediasının yaydığı xəbərlər yanlışdır”, - o deyib.

“Afganistan İnternational” bundan əvvəl mənbələrə istinadla yazmışdı ki, Özbəkistan əvvəlki hökumətin devrilməsindən sonra 2021-ci ildə ölkədən qaçırılan 57 hərbi helikopteri yaxın günlərdə Əfqanıstana qaytara bilər.

Избранный
46
teleqraf.com

1Источники