Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində Quliyev Qüdrət Qasım oğlu, Adnınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğlu hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта