RU

"Baku Water Week"in son günü öz işinə başlayıb

Bakı. Trend:

Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının -“Baku Water Week”in (Bakı Su Həftəsi) sonuncu günü startgötürüb.

Trend xəbər verirki, Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilətəşkil olunmuş sərginin sonuncu gününün olmasına rəğmən, tədbirdəcanlanma müşahidə olunur.

Bu gün 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransıçərçivəsində Xəzər Su İnnovasiyaları Forumunun keçiriləcəyigözlənilir. Forumda dövlət strukturlarının nümayəndələri, ocümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və TəbiiSərvətlər Nazirliyinin, İqtisadiyyat nazirliyi, həmçinin 10-dan çoxölkədən beynəlxalq şirkətlər, ölkənin aparıcı elmi və təhsilqurumlarının nümayəndələri iştirak edirlər.

Baku Water Week-in keçirildiyi üç gün ərzində Bakı EkspoMərkəzinin foyesində Azad Qarabağın ilk su anbarı olan “Zabuxçay”su anbarının, həmçinin “Şiber” su çarxının maketləri nümayişetdirilir. Bundan əlavə, 1 nömrəli pavilyonda “Ümid var” İnklüzivYaradıcılıq Birliyinin üzvlərinin “Baku Water Week 2025-i xüsusirəssamların gözü ilə” adlı rəsm əsərləri təqdim olunur.

Ümumilikdə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, AmerikaBirləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya,İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, SəudiyyəƏrəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndəheyətləri iştirak edir.

Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analizvə laboratoriya texnologiyaları; bank xidmətləri; borular və borukəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları;daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri;drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexnikiqurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; sutəchizatı və su təsərrüfatında inşaat və qazma texnikası vəavadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə vənəzarət texnologiyaları; su təsərrüfatı obyektlərininlayihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya vəkommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; sutəsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyunduzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularınınaxıdılması və emalı sistemləri.

Məqalədə:
Избранный
19
az.trend.az

1Источники