Culfada 4 polis əməkdaşının həlak olduğu qəza ilə bağlı cinayət işi başlanıb.
Modern.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qəzada həlak olanlar Quliyev Qüdrət Qasım oğlu (sürücü), Adınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Fotolar APA-ya məxsusdur.