"Son 4 il ərzində 400 məktəbdə 17 300-dən çox dərs dinlənilib". SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib
O qeyd edib ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub.
Elnur Əliyev həmçinin bildirib ki, hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə edir, dərslərin 23 faizi kafi, 3 faizi isə yaxşı qiymətləndirilir.