RU

Tramp Nyu-Yorkda Qətərin Baş naziri iləgörüşəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Nyu-Yorkda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qətərin Baş naziri ilk növbədə ABŞ-nin dövlət katibi Marko Rubio, daha sonra isə vitse-prezident Ceyms Devid Vens ilə görüşəcəyi bildirilib.

Bundan sonra onun Tramp və xüsusi nümayəndə Stiv Uitkoffla görüşü gözlənilir.

Müzakirələrin əsas mövzusu isə bu həftənin əvvəlində İsrailin Doha şəhərində HƏMAS liderlərinə endirdiyi zərbənin nəticələri olacaq. Bununla yanaşı, ABŞ-Qətər təhlükəsizlik sazişi də əsas gündəm mövzusudur.

Избранный
7
3
redaktor.az

4Источники