RU

Qurban Qurbanov oğlunun toyunda gecənin fotosunu seçdi

Ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının toyu olduğu barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, toydan sonra maraqlı hadisə yaşanıb. Təcrübəli mütəxəssis mərasim bitdikdən sonra məkanı tərk etməyib. O, toy zamanı qonaqlara xidmət edən şəxslərlə görüşüb və onlarla xatirə şəkili çəkdirib.

Mütəxəssis foto çəkildikdən sonra "gecənin şəkli bu olmalıdır" deyə bildirib. Onun bu sözləri alqışlarla qarşılanıb.

Heybət

Избранный
19
publika.az

1Источники