RU

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 3 faizə yaxın artıb

ain.az, 525.az saytına istinadən bildirir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard 584,2 milyon kubmetr təbii qaz hasil edilib.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 25 milyard 831,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,7 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.

Ötən 8 ay ərzində Azərbaycanda 18 milyon 391,3 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 18 milyon 349,5 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,7 % azdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
3
525.az

4Источники