RU

Bank və digər kredit təşkilatlarının kredit portfeli 11% artdı

BAKI, 12 sentyabr. TELEQRAF

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Избранный
29
3
teleqraf.com

10Источники