RU

Məni Aygünün ildönümünə çağırmadılar Zümrüd Hümbətova

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

"Aygünün ildönümü oldu, onlar yas verdilər. Məni gəlməyə qoymadılar. Xəbər göndərdilər ki, sən gəlmə".

AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd hümbətova "Tarixin bir günü" verilişində deyib.

Onun sözlərinə görə, bacısı onn Aygün Bəylərin vəfatının ildönümü üçün təşkil olunan mərasimə qatımasına icazə verməyib:

"Mən hər dəfə bu haqda danışanda problem yaranır, məni hədələyirlər. Aygün həmişə mənə dəstək olub. Amma onun ölüməndən sonra ailədə aramızda münaqişələr yarandı. Kimlərsə, nələrəsə sahib çıxdılar. Başsız ailə necə olar? Hərə qalıb özbaşına...Bu yaxında Cananın bibisi məni yığdı ki, xalası Cananla danışmağıma imkan vermir, onu görmək istəyirəm. Onlar Almaniyada yaşayır, ildə bir dəfə gəlirlər, hər dəfə də gəlib Cananı görüblər. Amma indi xalası icazə verməyib. O, uşaqdır, 15 yaşı var. Məncə Cananı belə öyrədirlər.

Aygünün il dönümü oldu, onlar yas verdilər. Məni gəlməyə qoymadılar. Xəbər göndərdilər ki, sən gəlmə. Mən də biabırçılıq olmasın deyə getmədim. Kənardan hər kəs qınayır, hər şeyi danışır. O yenə də mənim bacımın balasıdı, nə vaxt da gəlsə evim, ürəyim, qapım ona hər zaman açıqdır. Onlara görə mən Suraxanıdan da köçmək istəyirəm. İnşallah özümə bir ev alıb oradan gedə bilərəm".

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
azxeber.com

1Источники