RU

Laçında əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində əmək yarmarkası keçirəcək.

“İki sahil” xəbər verir ki,  Nazirlliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka sentyabrın 16-sı saat 11:00-da agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi 138) təşkil olunacaq.

″Laçın″ İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində həmin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

Избранный
21
10
ikisahil.az

10Источники