RU

Rusiya Ukraynanı ballistik raketlərlə vurdu - ölənlər var

Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynanın Sumı vilayətinə ballistik raketlərlə zərbələr endirib. Həlak olanlar var.

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinə kütləvi hücuma keçib, 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya hərbçiləri 2 ədəd PUA ilə Sumı şəhərindəki sənaye zonasına zərbələr endirib. Müəssisənin 65 yaşlı mühafizəçisi həlak olub.

Yarım saatdan sonra Rusiya ordusu Sumıda yerləşən Bıtitski məntəqəsindəki yaşayış sahəsinə üç raket zərbəsi endirib. Nəticədə iki nəfər həlak olub -  onlardan birinin 67 yaşı var, digərinin şəxsiyyəti müəyyənləşdirilir. Ən azı 5 nəfər yaralanıb. 10-dan çox ev zədələnib və ya dağıdılıb.

Hürr Tərcüman

 

Избранный
27
1
hurriyyet.az

2Источники