RU

Ermənistan gömrüyü “Tramp marşrutu”nda fəaliyyət göstərəcək – Akopyan

Ermənistan gömrüyü Sünikdə (Zəngəzur – red.) “Tramp marşrutu”nda fəaliyyət göstərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan parlamentdə bildirib.

O deyib ki, Sünik vilayətində (Zəngəzur -red.) “Tramp marşrutu” adlanan yolda gömrük nəzarəti həyata keçiriləcək.

Onun sözlərinə görə, detallarla bağlı müzakirələr hələ davam edir.

Eyni zamanda Akopyan qeyd edib ki, qonşu ölkələr üçün gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində islahatlar artıq başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
5
1
interpress.az

2Источники