RU

Milli Paralimpiya Komitəsində yeni təyinat reallaşıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat reallaşıb.

MPK-dən AZƏRTAC-a bildirilib ki, Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.

Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Eləcə də, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

Избранный
18
10
azertag.az

10Источники