RU

Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirir - Səfir

Bakı. Trend:

Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığıgenişləndirir.

Trend xəbər verirki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıdakeçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında(Baku Water Week / Bakı Su Həftəsi) çıxışı zamanı bildirib.

Çıxışında Torma qeyd edib ki, Macarıstan üçün təmiz su vəsanitariyanın əlçatanlığı dayanıqlı inkişafın əsas elementidir vəsu problemlərinin həlli Dayanıqlı inkişaf məqsədlərinin nailolunmasında prioritet tapşırıqdır. O xatırladıb ki, 2010-cu ildənetibarən Macarıstan ardıcıl olaraq öz səylərini su mövzusunafokuslayır və bu sahədə regional və beynəlxalq əməkdaşlığıgenişləndirir.

Səfir vurğulayıb ki, Macarıstanın su texnologiyaları sektoruyeraltı suların xəritələşdirilməsindən və içməli, tullantısularının təmizləmə sistemlərinin layihələndirilməsindən tutmuş,suyun təkrar istifadəsi texnologiyaları və rəqəmsal davamlı həllərkimi sahələrdə əhəmiyyətli təcrübə və innovativ həllərtoplayıb.

Torma, həmçinin, su diplomatiyasının vacibliyini qeyd edib vəbildirib ki, su münaqişələrin mənbəyi deyil, əksinə, əməkdaşlığınkatalizatoru olmalıdır.

Məqalədə:
Избранный
23
az.trend.az

1Источники