RU

Paytaxtın Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın
Nizami rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2 min 235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, bu barədə zərərçəkənlər polisə məlumat veriblər.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q. Süleymanova və N. Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
8
3
1news.az

5Источники