Misli Premyer Liqasının IV turunda “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi hər iki komandanın heyətində itkilər var. Qəsəbə təmsilçisində zədəli olan Fuad Bayramov və Vinsent Till meydana çıxmayacaq. Rövlan Muradovun isə oynayıb-oynamayacağı matç saatında bəlli olacaq.
“Qarabağ”ın da heyətində itki var. Nəriman Axundzadə görüşdə iştirak edə bilməyəcək. Hücumçu zədə səbəbindən bu oyunda kənarda qalacaq.
“Qarabağ” – “Zirə” görüşü bu gün saat 20:00-da start götürəcək.