RU

Teymur Rəcəbov yeniyetmə şahmatçılara ustad dərdi keçib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə ustad dərsi keçirilib.

AŞF-dən AZƏRTAC-a verilən məlumata görə, yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları o cümlədən perspektivli şahmatçılar bu dəfə Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.

Mötəbər yarışlara hazırlıq barədə danışan T.Rəcəbov müxtəlif partiyaları təhlil edərək sonda uşaqların suallarına cavab verib.

Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Azərbaycan komandasının kapitanı Teymur Rəcəbov olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
9
azertag.az

10Источники