Bakı. Trend:
Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütünümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq.
Trend xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru EşqiBağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.
"Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasənşagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz"-deyə o əlavə edib.
E.Bağırovun sözlərinə görə, bu qaydaların ölkənin digərməktəblərini, bütün ölkə coğrafiyasını əhatə etməsi üçün tamamlamaişləri görülüb, son razılaşdırmalar edilib:
"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütünümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq. Həmin qaydalarəsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsiyolverilməzdir".