UEFA 2026/2027 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununun məkanını açıqlayıb. Qərara əsasən, həlledici qarşılaşma İspaniyanın "Atletiko Madrid" klubuna məxsus "Metropolitano" stadionunda baş tutacaq.
Gundem.az-ın məlumatına görə, bu arena tarixində ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında verilib. Həmin toplantıda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınların Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionda keçirilməsi təsdiqlənib.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu da 2027-ci ildəki Çempionlar Liqasının finalına ev sahibliyi üçün namizədlər sırasında yer almışdı.