RU

Kənd təsərrüfatı qəfil soyuqlara hazır deyil Bazarda qiymətlər necə olacaq?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Havanın erkən soyuması kənd təsərrüfatının bütün sahələrinə zəncirvari təsir göstərir. İlk növbədə, payız əkinləri zərər görür”.Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.O qeyd edib ki, buğda və arpa kimi əsas ərzaq bitkiləri üçün səpin prosesi ya yarımçıq qalır:“Bu isə növbəti mövsümdə məhsuldarlığın azalmasına gətirib çıxarır. İkinci mühüm risk meyvəçilik sahəsindədir. Gənc tinglər və meyvə bağlarında tumurcuqlar şaxtaya davamlı olmur, nəticədə yazda məhsul verən sahələrin bir hissəsi sıradan çıxa bilər. Bu, həm də fermerlərin uzunmüddətli sərmayəsini riskə atır. Heyvandarlıq sektoru da çətinliklə üzləşir. Normalda heyvanlar daha uzun müddət otlaqda saxlanılır, amma erkən soyuqlar otlaq mövsümünü yarımçıq kəsir. Fermerlər qış yemləməsinə vaxtından əvvəl keçməyə məcbur olur. Logistika və bazar problemləri də qaçılmazdır. Soyuq hava, yolların buz bağlaması kənd təsərrüfatı məhsullarının bazara vaxtında çatdırılmasına mane olur. Bu, həm fermerlərin gəlirini azaldır, həm də istehlakçılar üçün məhsul qıtlığına və qiymət artımına səbəb ola bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
demokrat.az

2Источники