RU

Son dörd ildə Xəzər dənizinin səviyyəsi 24 sm azalıb

Son dörd ildə Xəzər dənizinin səviyyəsində 24 santimetr azalma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, səviyyənin enməsinin əsas səbəbləri yağıntıların azalması və temperaturun yüksəlməsidir. 

R.Verdiyev alimlərin proqnozlarına əsaslanaraq qeyd edib ki, iqlim dəyişmələrinin davam etməsi Xəzər dənizi sahillərində ekoloji və iqtisadi problemlərə gətirib çıxara bilər.

Избранный
23
9
bakivaxti.az

10Источники