RU

Danimarka 8,3 milyard dollara ölkə tarixində ən böyük silah alışını planlaşdırır

Danimarka Silahlı Qüvvələrinin rəhbərliyi Nazirlər Kabinetinə ümumilikdə 53 milyard kron (təxminən 8,3 milyard dollar) dəyərində səkkiz yerüstü hava hücumundan müdafiə sistemi almağı tövsiyə edib ki, bu da ölkə tarixində ən böyük silah alışı ola bilər. Bu barədə TV2 telekanalı mənbələrə istinadən məlumat yayıb. Hazırda Danimarka Silahlı Qüvvələrinin ən bahalı alışı 20 milyard kron (3,1 milyard dollar) dəyərində F-35 qırıcılarının alınmasıdır.

TV2 mənbələrinin məlumatına görə, ilkin olaraq iki orta mənzilli və bir uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması planlaşdırılırdı. Hazırda iki uzun mənzilli sistem və altı orta mənzilli sistem almaq təklif olunur - hamısı Avropa istehsalıdır. Tövsiyələr NATO-nun alyansa üzv olan ölkələr üçün artan tələblərinə əsaslanır.

Bu təşəbbüs dünən axşam saatlarında müzakirə edilməli idi. Və bu gün müdafiə naziri Troels Lund Poulsen planları rəsmən açıqlamaq niyyətindədir.

Əziz MUSTAFA

Избранный
20
oxumeni.az

1Источники