RU

Bakıda oğurluq edən qadın və kişi saxlanıldı

Bakının Nizami rayonunda talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar.

Bu barədə zərərçəkənlər polisə məlumat veriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.Süleymanova və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
4
3
avtosfer.az

5Источники