UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Kopenhagen" oyununun qonaq azarkeşləri üçün biletlərin qiymətləri məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə “Kopenhagen” klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq.
Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"lə oktyabrın 1-də Bakıda Tofiq Bəhramov adına stadionda qarşılaşacaq.