RU

Donnarumma "Mançester Yunayted"ə qarşı oynaya bilər

"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma komanda ilə ilk məşqini başa vurub.

Operativ Media xəbər verir ki, 26 yaşlı italyan İngiltərə klubuna sentyabrın 2-də PSJ-dən keçib. Qapıçı "Mançester Yunayted"lə derbidə oynaya bilər.

Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. O, 161 oyun keçirib, 156 qol buraxıb və 56 matçda qapısını təmiz saxlayıb. Parislilərin tərkibində qapıçı 4 dəfə Fransa çempionu olub, iki dəfə Fransa kubokunu və üç dəfə Superkubokunu qazanıb. Ötən mövsüm komanda Çempionlar Liqasının qalibi olub.

Premyer Liqanın 4-cü turu çərçivəsində "Mançester Siti" səfərdə "Mançester Yunayted"i qəbul edəcək. Oyun sentyabrın 14-də, Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.

Избранный
14
operativmedia.az

1Источники