RU

Teymur Rəcəbov yeniyetmə şahmatçılarla ustad dərsi keçdi

Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti ustad dərsi baş tutub.

Doğru.az xəbər verir ki, yeniyetmələr arasında respublika çempionatının qalibləri, mükafatçıları və perspektivli şahmatçılar bu dəfə Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.

Tədbirdə Rəcəbov mötəbər yarışlara hazırlıq barədə danışıb, müxtəlif partiyaları təhlil edib və sonda gənc şahmatçıların suallarını cavablandırıb.

Qeyd edək ki, oktyabr ayında kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Yığmanın kapitanı isə Teymur Rəcəbov olacaq.

DOĞRU.AZ

Избранный
29
3
dogru.az

10Источники