RU

Avropada ölümcül göbələk sürətlə yayılır – ECDC-dən həyəcan siqnalı

Avropada

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, Candidozyma auris adlı ölümcül təhlükəli göbələk Avropanın tibb müəssisələrində sürətlə yayılır. Məlumatda qeyd olunur ki, bu infeksiya həm xəstələr, həm də səhiyyə sistemləri üçün ciddi təhdid yaradır.ECDC vurğulayıb ki, dərmanlara davamlı olan bu göbələk Avropa xəstəxanalarında sürətlə yayılır və təcili tədbirlər görülməlidir.Mərkəzin açıqlamasına əsasən, göbələk əksər göbələk əleyhinə preparatlara qarşı davamlıdır, zəifləmiş xəstələrdə ağır infeksiyalara səbəb olur və uzun müddət tibbi avadanlıqların üzərində qala bilir.2013–2023-cü illərdə Aİ/AEA ölkələrində dörd mindən çox yoluxma halı qeydə alınıb. Xüsusilə 2023-cü ildə vəziyyət kəskinləşib – 18 ölkədə 1346 yoluxma təsdiqlənib.Yeni ocaqlar Kipr, Fransa və Almaniyada aşkar edilib. Yunanıstan, İtaliya, Rumıniya və İspaniyada isə vəziyyət artıq lokal çərçivələri aşıb və milli səviyyəyə çatıb. Mütəxəssislər Avropanın bu yayılmaya qarşı hazırlığını kifayət qədər adekvat hesab etmirlər.Ulusum.az

Diqqət Çəkənlər

Hansı yeməyin qoxusu kişiləri cəlb edir?

Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

Избранный
27
ulusum.az

1Источники