RU

Mərkəzi Klinik Xəstəxanasının arxasında yerləşən metro stansiyası gələn ilin sonuna kimi istifadəyə veriləcək

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı metrosunda Bənövşəyi xəttin “B-4” stansiyasının tikinti işləri davam etdirilir.

 Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

“Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası — Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır.  Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
17
marja.az

10Источники