Gəncədə evdə partlayış baş verib.Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb evin hamam otağında qızdırıcının partlaması olub. Nəticədə 1992-ci il təvəllüdlü şəhər sakini Çiçək Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.