RU

Çempionlar Liqası: Portuqaliyadakı oyun üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb

Portuqaliyada "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib. 

Komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər. 

Biletlərin qiyməti 88 manatdır. 

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Избранный
9
7
ikisahil.az

8Источники