RU

Avropa Trampı inandırdı, Putinə qarşı plan başladı

Avropa liderləri ABŞ Prezidenti Donald Trampı inandırıblar ki, Rusiya Ukraynada müharibəni bitirməkdə maraqlı deyil və Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etmək lazımdır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr yazır ki, indi Avropa Ağ Evi bunu necə etmək barədə razılığa gəlməyə inandırmalıdır.

Məlumata görə, həftə ərzində bir sıra diplomatik səfərlər zamanı həm ABŞ, həm də avropalı yüksək vəzifəli məmurlar yeni maliyyə məhdudiyyətlərini və Rusiya neft və qazının tədarükünü kəsmək planlarını müzakirə etmək üçün görüşüblər.

Bundan başqa, qarşılıqlı razılaşdırılan təkliflərin təfərrüatını hazırlamaq üçün AB-nin yüksək səviyyəli texniki qrupu Vaşinqtona göndərilib.

“Tramp nəhayət bizim tərəfimizdədir”, - avropalı diplomatlardan biri nəşrə açıqlamasında deyib.

Избранный
18
1
axar.az

9Источники