İngiltərə Premyer Liqasında avqustun ən yaxşı oyunçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Everton”un futbolçusu Cek Qriliş bu ada layiq görülüb.
30 yaşlı vinger ötən ay 3 oyunda 4 qol ötürməsi ilə fərqlənib. Qeyd edək ki, Qriliş mövsümün əvvəlində “Mançester Siti”dən “Everton”a icarəyə keçib.