RU

Lvov yaxınlığında avtoservisdə atışma: Ölənlər var

Ukraynanın Lvov şəhəri yaxınlığındakı Podriasne kəndində bu gün, sentyabrın 12-də günorta saatlarında avtoservis mərkəzinin binasında atışma baş verib. İnsident nəticəsində iki nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Lvov vilayəti üzrə Milli Polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə saat 12:00-da Lvov vilayətinin Lvov rayonunun Podriasne kəndində baş verib.

Sözügedən xidmətin iki əməkdaşı avtomobil servisində güllə yarası ilə ölü tapılıb. Vəziyyətlər araşdırılır, hadisə yerində ixtisaslaşmış xidmətlər işləyir.

QAZİLER.AZ

 

Избранный
17
qaziler.az

1Источники