ABŞ-ın energetika naziri Kris Rait Avropa İttifaqında hələ də Rusiya enerji resurslarından istifadə edən ölkələri bu asılılığı dayandırmağa çağırıb.
Editor.az xəbər verir ki, onun sözlərinə görə, Macarıstan və Slovakiya Rusiya qazı və nüvə yanacağından imtina etməli, əvəzində ABŞ-dan enerji idxalını artırmalıdır.
Rait Brüsseldə Aİ rəsmiləri ilə görüşərək ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü genişləndirməyin yollarını müzakirə edib. O bildirib ki, bununla həm Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinin qarşısı alınacaq, həm də Avropanın enerji təhlükəsizliyi güclənəcək.
Nazir qeyd edib ki, əgər Aİ qaz bazarına dair qanunvericiliyini dəyişməsə, ABŞ-dan LNG idxalı çətinləşə bilər. Onun sözlərinə görə, Avropa üçün ən doğru seçim enerji tədarükünü “dost ölkələrdən” təmin etməkdir.
//Samir Qurbanov, Editor.az