ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, Moskva bu və digər sahələrdə tərəflərə öz köməyini göstərməyə hazırdır. "Ümumiyyətlə, "3+3" formatı Azərbaycan və Ermənistan aea münasibətlərin normallaşdırılması, eyni zamanda, Cənubi Qafqazda digər aktual məsələlərin müzakirəsi üçün uğurlu platformadır. Rusiya üçün bu regionda sülhün möhkəmlənməsi, tərəflərin barışığa çarması prioritet məsələdir", – xanım katib bildirib. O həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə Rusiyanın da töhfə verdiyini vurğulayıb.
İran XİN: "3+3 formatı özünü doğrultdu"
Ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, "3+3" formatında nazirlərin növbəti görüşləri hazırlanır; Moskva bu görüşlərin Bakı və İrəvan şəhərlərində keçirilməsinin tərəfdarıdır. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.