RU

Ramil Fərzəliyevin rəhbərlik etdiyi “Slavyanka” sularından kəskin qoxu gəldiyi bildirilir

Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Gədəbəy Mineral Suları” MMC-yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəldiyi bildirilir.

Tribunainfo.az  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Şəbəkə istifadəçilərindən biri qeyd edib ki, “Slavyanka” sularının butulkasının qapağı açıldıqdan müəyyən müddət sonra sudan xoşagəlməz qoxu gəlir.

İstehlakçıların bəziləri bu problemin saxlama, daşınma şəraitindən, bəziləri də “Slavyanka” qablaşdırılmasının keyfiyyətsiz olmasından qaynaqlandığını bildirir.

Məsələni aydınlaşdırmaq üçün “Gədəbəy Mineral Suları” MMC ilə əlaqə saxladıq. Şirkətdən problemlə bağlı heç bir mövqe bildirilmədi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Pravda.az-a deyilib ki, məsələ nəzarətə götürülüb, araşdırılacaq.

Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.

Pravda.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
5
tribunainfo.az

6Источники