Birinci Qarabağ müharibəsində 32 il əvvəl itkin düşmüş şəxsin nəşi aşkarlanıb.
Far.Az xəbər verir ki, onun nəşi uzun illərdən sonra tapılaraq ailəsinə təhvil verilib.
Məlumata görə, mərhum doğulduğu torpaqda - Bakı şəhəri Qaradağ rayonunda dəfn olunub.
Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.