RU

Müəllimlər bu yolla işə qəbul edilə bilər Deputat

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gələcəkdə müəllimlərin işə qəbul prosesi müsahibə yolu ilə də keçirilə bilər.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, ən ideal yol birbaşa müsahibə ilə işə qəbuldur:“Ancaq bu gün hər iki variantdan istifadə edilir. MİQ imtahanları ilə ən yaxşı kadrların seçilməsi prosesi özünü doğruldur. Bununla belə, nəzəri biliyi yüksək olub, praktiki fəaliyyəti hələ tələblərə cavab verməyən müəllimlərimiz də ola bilər. Bu baxımdan gələcəkdə hər iki metoddan istifadə etmək olar. Müəllimlərin müsahibə yolu ilə işə qəbulu özəl universitetlər və məktəblərdə də aparılır və özünü doğruldur. Təhsil həmişə yenilik və innovasiya tələb edən sahədir”.Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev MİQ-in ən mükəmməl yolunun müsahibə ilə işə qəbul olduğunu deyib. “Lakin cəmiyyətimiz müsahibə ilə imtahana inanmır. Ona görə də bunu həyata keçirə bilmirik", - nazir qeyd edib.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
demokrat.az

2Источники