RU

Müğənni Niki Nikol: “Lamin Yamala elə aşiq olmuşam ki…”

Argentinalı müğənni Niki Nikol “Barselona”nın hücumçusu Lamin Yamala aşiq olduğunu bildirib və futbolçu ilə münasibəti olduğuna işarə vurub.

Arena.az Nikolun müvafiq açıqlamasını təqdim edir:

“Mən elə aşiq olmuşam ki…”, deyə Nikol bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Nikolun Yamalla münasibətinə xitam verərək, “Real”ın argentinalı hücumçusu Franko Mastantuono ilə münasibətə başladığı haqda məlumat yayılmışdı. Lakin son məlumatlarda xanım müğənninin Yamalla münasibətlərinin davam etdiyi vurğulanır.

Niki Nikol həm də “Barselona” azarkeşidir. O, Kataloniya təmsilçisinin bəzi oyunlarında “Barsa” forması ilə tribunalarda yer alarkən görüntülənib.

Sonda onu da vurğulayaq ki, İspaniya yığma komandasının və “Barselona”nın 18 yaşlı ispan ulduzu Lamin Yamalın adı tez-tez müxtəlif model və müğənnilərlə birgə hallanır.

error: Məzmun qorunur!
Избранный
9
arena.az

1Источники