RU

Yağışlı havada taksi qiymətləri niyə qalxır? -"Eber"dən CAVAB

Bakı şəhərində yağış damcıları küçələrə düşdüyü andan həyat yavaşlayır, tıxaclar artır, insanlar isə işə və ya evlərinə gecikir. Belə havalarda şəhərdaxili nəqliyyatın yükü xeyli artır və taksi xidmətləri də bu vəziyyətdən təsirlənir. Sürücülər daha çox tələb görən zaman qiymətləri yüksəldir, sərnişinlər isə bu artımı gözləmədən qarşılayır.

Bəs yağışlı havada taksi qiymətləri niyə qalxır?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq, "Uber" taksi şirkətindən bildirildi ki, taksi sifarişinin qiymətinə bir neçə amil təsir göstərir:

"Taksi sifarişinin qiymətinə həm hava şəraiti, həm də digər amillər təsir göstərir. Məsələn, tıxacların olması və ya sifariş edilən ərazidə avtomobillərin mövcudluğu qiyməti dəyişə bilər".

Nuriyyə NATİQQIZI

Избранный
15
1
redaktor.az

2Источники