Sentyabrın 12-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.