
Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudlaşdırılma 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək qüvvədə olacaq.
Buna səbəb sözügedən yol sahəsində təmir işlərinin aparılmasıdır.