Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının efirində bildirib .
"Biz onu tutmuşuq. O, həbsdədir. Hamı əla iş görüb", - Tramp ifadı edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, şübhəlinin “çox yaxını” onu “təslim edib”.
Xatırladaq ki, sentyabrın 10-da ABŞ-nin Yuta ştatında Çarli Kirkə sui-qəsd edilib. Fəal universitet şəhərciyində danışarkən təxminən 800 metr məsafədən vurularaq boyun nahiyəsinə dəyib. Sentyabrın 14-dək bütün Amerikada bütün dövlət bayraqları Kirkin şərəfinə endiriləcək.
Gülayə Mecid