RU

"Benfika" "Qarabağ" azarkeşlərinə bu qədər bilet ayırdı: Qiyməti...

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək istəyənlər üçün 500 nəfərlik yer ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinnin mətbuat xidməti məlumat yayıb.

Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Bildirilib ki, azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidirlər. Biletlərin qiyməti 88 AZN-dir.

Klubun yaydığı məlumatda bildirilib:

"Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq. Azarkeşlərimiz üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb. Vauçerləri əldə edən şəxslərin vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənədin üzərlərində olması xahiş olunub".

Избранный
13
13
publika.az

10Источники