RU

Bu universitetdə bəzi ixtisaslarda dərslər 4 gün olacaq

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.Metbuat.az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:

"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika” ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.

Избранный
35
29
metbuat.az

10Источники