RU

Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Konfransda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmirəslanov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, eləcə də rayon ağsaqqalları, ziyalıları, idarə, təşkilat rəhbərləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov konfrans iştirakçılarını salamlayaraq rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun artmasından söz açdı. Rayon Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirdi.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri sahib Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışaraq qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti, eləcə də beynəlxalq nüfuzu günbəgün artır.

Konfransda çıxış edən rayon ağsaqqalları Şükür Məmmədov, Əhməd Ağayev və Süleyman Bəşirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etdilər. Natiqlər son illərdə Hacıqabul rayonunda ağsaqqallarının gündən-günə artan səmərəli fəaliyyətindən, rayonun ictimai-siyasi həyatında ağsaqqalların artan nüfuzundan söz açdılar və şuranın ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmirəslanov respublikamızın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlardan, uğurlu daxili və xarici siyasətdən danışdı. Həmçinin, cəmiyyətimizdə mövcud olan problemlərin qarşısının alınmasında ağsaqqalların əvəzolunmaz rolunun olduğunu qeyd etdi və bu işlərdə ağsaqqalları daha aktiv olmağa çağırdı.

Избранный
16
ikisahil.az

1Источники